Nuri Bilge Ceylanın filmi 76-cı Kann Kino Festivalında nümayiş olunub
20.05.2023 04:37 İncəsənət

Nuri Bilge Ceylanın filmi 76-cı Kann Kino Festivalında nümayiş olunub

Türkiyəli rejissor Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” filmi 76-cı Kann Kino Festivalında nümayiş olunub.

MediaPost festivalın rəsmi saytına istinadən xəbər verir ki, ekran işi festivalın əsas proqramında yarışır.

Merve Dizdar, Musab Ekici və Deniz Celiloğlunun rol aldığı film Anadolunun ucqar bir kəndində baş verir.

Xatırladaq ki, Nuri Bilge Ceylanın “Kış uykusu” filmi 2014-cü ildə Kann Film Festivalının “Qızıl Palma Budağı” mükafatını qazanıb.

Xəbərlər departamenti

Gündəm