Nüsret restoranını 1 milyard dollara satışa çıxarıb
13.11.2019 08:58 Gündəm

Nüsret restoranını 1 milyard dollara satışa çıxarıb

"Bloomberg” nəşri “Nusr-Et”in 3 şəriki Nüsrət Gökcə, Fərid Şahəng, Mithat Ərdəmin şirkətdəki paylarının bir hissəsini satmağa hazırlaşdığını iddia edib.

Mediapost.az xəbər verir ki, qlobal fenomenə çevrilən restoranının satışdan sonra 1 milyard dollarlıq bazar dəyərinə çatması gözlənilir.

Xəbərdə tam olaraq hissələrin neçə faizinin satışa çıxarılması ilə bağlı dəqiq bir məlumat verilməyib.

Məlumata görə, bu il şirkətin 70 milyon dollara yaxın gəlir əldə etməsi gözlənilir.

Qeyd edək ki, 2010-cu ildə yaradılan “Nusr-Et” restoranının 49 faizi Nüsrət Gökcə ilə Mithat Ərdəmin payına qalan hissə isə Fərid Şahəngə məxsusdur.

Xəbərlər departamenti

Gündəm