NYT: “Disney” “Marvel Entertainment”in sədrini işdən çıxarır
30.03.2023 15:30 Dünya

NYT: “Disney” “Marvel Entertainment”in sədrini işdən çıxarır

“Walt Disney” şirkəti “Marvel Entertainment”in sədri İsaak Perlmutteri işdən çıxarıb. 

MediaPost xəbər verir ki, bu barədə “The News York Times” məlumat yayıb.

Onun sözlərinə görə, 80 yaşlı Perlmutter şirkətin 7000 işçisini ixtisar etmək üçün aparılan kütləvi prosesin bir hissəsi kimi işdən çıxarılıb. Son illərdə Perlmutter komikslərin nəşri ilə məşğul olub və bu, şirkəti ildə 40 milyon dollardan 60 milyon dollara çatdırıb.

Bundan əvvəl “The Walt Disney Company”nin baş direktoru Bob İqer şirkətin işçilərinin ixtisarına dair prosesin başlandığını və bu prosesin 2023-cü ilin yayına qədər tamamlanacağını açıqlamışdı.

Xəbərlər departamenti

Gündəm