Obama Co Bayden üçün səs istədi
22.10.2020 09:27 Dünya

Obama Co Bayden üçün səs istədi

ABŞ-ın sabiq prezidenti Barak Obama demokrat namizəd Co Baydenin kampaniyasına dəstək verib.

"MediaPost" xəbər verir ki, o, Pensilvaniya ştatında demokratların dəstək mitinqinə qatılaraq meqafonla Bayden üçün səs istəyib. Obama daha sonra qaradərili siyasətçilər və icma liderləri ilə iclas keçirib. 

Qeyd edək ki, Pensilvaniya ABŞ prezident seçkilərində ən kritik ştatlardan biridir. Belə ki, uzun müddətdir Demokrat Partiyanın hakim olduğu Pensilvaniyada 2016-cı il seçkilərində Donald Tramp qalib gəlmişdi. Lakin hazırki göstəricilərə görə, Co Bayden öndədir.

Anara Mikail

Gündəm