Ögey ana və atadan işgəncə xəbəri ilə bağlı AÇIQLAMA - VİDEO
10.12.2019 12:09 Gündəm

Ögey ana və atadan işgəncə xəbəri ilə bağlı AÇIQLAMA - VİDEO

Azyaşlı uşaqların ögey anaları tərəfindən işgəncəyə məruz qalması məsələsi müzakirə mövzusu olaraq qalmaqdadır. Atanın övladlarına biganə qalması ilə yanaşı, həmçinin həyat yoldaşı ilə birgə doğma uşaqlarına zorakılıq göstərməsi isə ictimaiyyəti daha da hiddətləndirib.

Artır müvafiq rəsmi qurumlar bununla bağlı araşdırmaların aparıldığını bildirir. Bakı Şəhər Baş Prokurorluğunun açıqlamasında da şahidlərin dindirildiyi və cinayət işinin başlandığı qeyd edilib.

Mediapost.az xəbər verir ki, ata Xəqani Kazımov və həyat yoldaşı Nuranə "Səni axtarıram" proqramına qatılıblar. Onlar azyaşlılara qarşı zorakılıq etmələri ilə bağlı xəbərləri təkzib ediblər.

X.Kazımov jurnalistə "sən övladını heç o günə qoyarsan?" sualını verərək övladlarına işgəncə etmədiyini bildirib.

Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anaları vəfat etdikdən sonra atalarının himayəsində olublar. Ata Xəqani Kazımov Nuranə adlı qadınla ailə qurduqdan sonra isə ögey ananın azyaşlılara işgəcələr veridiyi bildirilir.

Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər mövcuddur.

Uşaqlar hazırda ana babasının yanındadır və onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edildiyi bildirilir.

Mediapost.az


Xəbərlər departamenti

Gündəm