“Oğlan sevməmişəm, bu, düzgün deyil” – Elnarə Abdullayeva
11.08.2020 10:05 Şou-biznes Mədəniyyət

“Oğlan sevməmişəm, bu, düzgün deyil” – Elnarə Abdullayeva

“Valideyn istəyər ki, övladının toyu yaxşı olsun. Əgər övlad toyunda nəsə istəyirsə, ona icazə vermək lazımdır. Əndazəni çıxmamaq şərtilə edə bilər. Elə şey var ki, onu nə valideyn, nə də o toya gələnlər istəməz”.

“MediaPost” xəbər verir ki, bu sözləri “Ən yaxşısı” verilişində Əməkdar artist Elnarə Abdullayeva deyib.

O, yenidən “Oğluma müğənni qız almaram” fikirləri ilə bağlı gələn iradlara münasibət bildirib:

“Sözü olan gəlsin üzümə desin. Heç kimin haqqında danışmıram. Müğənnilər çıxdı dedi ki, özü də oxuyandır niyə belə deyir. Mən oxuyanam, mən mənəm. Gəldiyim yoldan hamının xəbəri var. Mənə o sözü deyənlər ləpirimə ayaq qoya bilməzlər. Heç mümkün də deyil. Deyirəm ki, ailəmə yetəri qədər vaxt ayıra bilmədim, ona görə istəmərəm ki, oğlum müğənni qız alsın. Nə başımı xarab edirsiniz? Bilirsiniz necədir? Özləri nədirsə, elə də düşünürlər. Kimdisə demirəm, nədirsə deyirəm. O insanların əskik düşüncələri, xarakterləri, mənlikləri var. Mən belə deyirəm. Sözümün qabağında nə deyəcəksən? Sənin qarşını kəsən var? Get, oğluna müğənni qız al. 

Mən yaxşı mənada deyirəm ki, bu, çətin sənətdir. Özləri kimdir, o nöqteyi nəzərdən baxırlar. Sənin işin-gücün yoxdur? Heç kimdən qorxmuram, ürkmürəm. Nə də artıq-əskik hərəkətim yoxdur ki, kimsə gətirib ortaya qoysun. Özümü tanıyandan əskik hərəkətim olmayıb. Mən səhv buraxmamışam. O adam utansın ki, arxasında səhvi var. Cavan qız olmuşam, nə oğlan sevmişəm, nə də tanımamışam. Oğlan kimdir ki, mən onunla danışım? Bu, düzgün deyil. Başıaçıq, qoluaçıq gəzib səhv buraxıram, amma mənəvi səhv buraxmıram”.

Qeyd edək ki, E.Abdullayevaya irad bildirənlər sırasında həmkarları Xatirə İslam, Röya Ayxan və digər məşhurlar olub.

Pərviz Hüseyn / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm