Oğlanları ilə birgə döyüşüb şəhid olan ata... - <span>VİDEO</span>
06.11.2020 10:35 Hərbi

Oğlanları ilə birgə döyüşüb şəhid olan ata... - VİDEO

İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun övladları hələ də döyüşür.

“MediaPost” AzTV-yə istinadən xəbər verir ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb.

Birinci Qarabağ müharibəsində isə Müşfiq Abbasov qardaşları ilə birgə döyüşüb.

Onun oğlu Şamil Abbasov deyib ki, atası lap uşaq yaşlarından onlara silahla davranmağı öyrədib, sanki bu gün üçün döyüşlərə hazırlaşdırıb.

 

Xəbərlər departamenti

Gündəm