“Oğlumun daşı bir sənin başına düşməmişdi” – Brilliant Dadaşova dava etdi
21.09.2020 11:04 Şou-biznes

“Oğlumun daşı bir sənin başına düşməmişdi” – Brilliant Dadaşova dava etdi

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə dava edib.

“MediaPost” xəbər verir ki, onun dava etməsinə isə “show_news” səhifəsində erməni təxribatı ilə bağlı yayılan videoya münasibət bildirməsi səbəb olub. Sənətçinin sözləri İnstaqramda qalmaqal yaradıb:

“Onsuz da bir-birinin ətini yeyən cəmiyyətə çevrilirik. İndi burada düzülüb-qoşulmuş dedi-qodu yazsaydınız, təhqir etmək üçün rəylər ard-arda düzülərdi, təhqir, alçaltma propaqandası - gəl görəsən. Allah özü yaxşıları qorusun. Yaxşı insanları gözəl əməlləri sayəsində inşallah ölkəmiz bu sınaqdan da çıxar”.

İfaçının şərhinə onlarla şəxs qarşılıq verib. Aynur adlı istifadəçinin fikirləri isə tərəflər arasında davaya zəmin yaradıb:

“Biz bilirik kimin ətini yeyirik, narahat olmayın. Bir şey olsa, sizin oğlunuzu narahat etməzlər, fikir etməyin, sizə hörmətimiz var. Müharibə olsa, xahiş edəcəyik “Fairmont Hotel” açıq olsun. Amma bu xalqa qarşı bu qədər kinli olmayın, sizi “Xalq artisti” edən bizik”.

B.Dadaşova oğlu Cahadın karantin rejimi pozularkən “Fairmont Hotel”də olması barədə iddialara belə cavab verib:

“Mən sizə yox, musiqi mədəniyyətimizə qulluq edirəm.Tək mən yox, əmim Məlik Dadaşovdan tutmuş, atamın xalası Hökümə Nəcəfova, babamın əmisi oğlu Hüseyin Ərəblinski və bütöv ziyalı ailəmiz hərə öz sahəsində Azərbaycanımıza xidmət etmişik.Oğlumun daşı bir sənin başına düşməmişdi. Guya Azərbaycan xalqını sevirsən? Elə isə oğlum sənin millətindən deyil? Sən kimsən ki, yazımı müzakirə edirsən. Özün şəxsiyyət ol, öz fikrini yaz. Sənin xalqın kimdir bilmirəm, amma mənim öz xalqım elə mədəni, gözəl - yaxşıniyyətli, ürəyində rəhm olan Azərbaycan xalqıdır. Hər şeydən xəbərdarsansa, deməli, oğlum “Fairmont hotel”də olmadığı halda, onu guya orda olubmuş kimi qələmə verənlərdənsən. Yazıq, Allah sənin kimiləri xoşbəxt etsin ki, pislik etməyə vaxtın və həvəsin olmasın”.

Müğənni daha sonra sözlərinə bunları da əlavə edib:

“Baxın, görün ilk yazdığım şərh dərhal öz təsdiqini tapdı. Bizə qarşı sadəcə silahlı hücum deyil, həm də “güclü orqanizə edilmiş” informasiya müharibəsi aparılır! Və biz bu dəqiqə o hücumlara cavab vermək məcburiyyətində qalmış azərbaycanlılarıq. Allah özü bizə kömək olsun.”

Pərviz Hüseyn

Gündəm