Oktay Kaynarca: "Bir çox məşhurlar var ki, vətən xainidir"
18.11.2019 06:58 Mədəniyyət

Oktay Kaynarca: "Bir çox məşhurlar var ki, vətən xainidir"

Türk seriallarında rol alan, "Çakır" obrazı ilə Azərbaycanda məşhurlaşan aktyor Oktay Kaynarca "A Haber" telekanalına müsahibə verib.

Mediapost.az xəbər verir ki, sənətçi açıqlamasında "Bir çox məşhurlar var ki, vətən xainidir" sözlərini deməsi ilə gündəmə gəlib. O.Kaynarca həmçinin son günlərin aktual mövzusu olan "erməni soyqrımı" ilə bağlı fikirlərini bildirib. Aktyor Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "biz arxivləri açdıq, siz də açın" sözlərini xatırladaraq Ermənistanın arxivləri açmadığını vurğulayıb.

"Bunu dünyaya anlatmalıyıq. Nəyə görə arxivlərə açmırlar?" - deyən Oktay o dönəmə dair serial, film çəkərək bunu dünyaya çatdırmağın zəruriliyini qeyd edib.

Aktyor bəzilərinin məşhurluğundan sui-istifadəsini qınayıb və xoşagəlməz yollarla tanınmış şəxsə çevrilməyin əleyhinə olduğunu bildirib:

"Populyar ol, hər məsuliyyətdən yayın. Bundan qurtulmalıyıq. Bir iş gördükdə onun öhdəsindən yaxşı gələrək məşhurlaşmalıyıq. Çox dəyərli bir iş görməlisiniz. Dəyər yaradan iş ortaya qoymalısınız. "Bu dəyəri kim yaratdı?" deyə soruşsunlar. Heç sevilməyən və nifrət edilən məşhur da ola bilərsiniz. Məsələn, millət, bayraq, torpaq haqda axmaq fikirlər söyləyənlər kimi... Bir çox məşhurlar var ki, vətən xainidir. Allah qorusunu, belə də populyarlaşmaq olar".

Xatırladaq ki, akyor hazırda "Eşkiya dünyaya hökümdar olmaz" serialının baş rolunda yer alır.

Xəbərlər departamenti

Gündəm