Oktyabr ayında Aİ-də avtomobil satışları artıb
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) oktyabr ayı üçün Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.
MediaPost xəbər verir ki, məlumatlara görə, Aİ ölkələrində avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 14,6% artaraq 855 min 484-ə çatıb. İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 16,7% artaraq 8 milyon 795 min 16-ya çatıb. Oktyabr ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 33,4%-i benzin, 28,6%-i hibrid, 14,2%-i elektrik, 12%-i dizel, 8,4%-i plug-in hibrid və 3,4%-i isə digər yanacaq növlərinə aiddir.
Elektrikli avtomobil satışları oktyabr ayında keçən ilin eyni dövrünə görə yüzdə 36,3% artaraq 121 min 808 ədədə çatıb. Oktyabrda keçən ilin eyni dövrü ilə müqayisədə cəmi avtomobil satışları Fransada yüzdə 21,9%, İtaliyada yüzdə 20%, İspaniyada yüzdə 18,1%, Almaniyada yüzdə 4,9% artıb. bİttifaqa üzv olan 27 ölkə arasında ən çox yeni avtomobil oktyabr ayında Almaniyada qeydiyyata alınıb. Bu dövrdə Almaniyada 218 min 959, Fransada 152 min 383, İtaliyada 139 min 45, İspaniyada 77 min 892 yeni avtomobil qeydiyyata alınıb.
Əzizə Həmidova