Ölənlərin sayı 18 mini ötdü
07.08.2020 12:06 Gündəm Dünya

Ölənlərin sayı 18 mini ötdü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 156 nəfər vəfat edib.

“MediaPost” xəbər verir ki, bu barədə İranın Səhiyyə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 132 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 450 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 322 567 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 279 724 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 4 136 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xəbərlər şöbəsi

Gündəm