"Ölənlərin sayı milyonu keçəcək" - Qorxunc iddia
30.01.2020 10:41 Gündəm

"Ölənlərin sayı milyonu keçəcək" - Qorxunc iddia

"MediaPost" xəbər verir ki, Çində meydana gələn koronovirusa "əsrin xəstəliyi" adı verilib.

17 il əvvəl yenə Çində meydana gələn SARS (ağır kəskin respirator sindromu) adlı xəstəlik 800 insanın həyatına son qoymuşdu.

Mütəxəssislər bildirib ki, bu virus SARS-dan təhlükəlidir və daha çox insan itkisinə yol açacaq. Hər kəsi maraqlandıran suallardan biri nəyə görə bu cür təhlükəli virusun məhz Çində yayılması ilə bağlıdır. Edinburq Universitetinin professoru Mark Vulhaus bu suala aydınlıq gətirib.

"Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur. Buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar" - deyə professor qeyd edib.

Xarici KİV-lərdə minlərlə insanın öldüyü, lakin Pekinin bu məlumatları gizlətməsi məsələsi yer alıb.

Mütəxəssislər "bir ay içərisində virusun yayılma sürəti azalmazsa, bir milyondan çox insan öləcək" - deyə xəbərdarlıq edib.

ABŞ-da virus əlehiyə vaksin hazırlandığı, lakin hazırlanan preparatın təsir edib-etməyəcəyini bilmək üçün 6 ay vaxtın lazım olduğu bildirilib. Çinli mütəxəssis Zong Nanşan virusun hələ pik həddə çatmadığını, lakin bu sürətlə zirvəyə çıxacağını söyləyib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm