Ölkədə 230 min şəxsə 190 manat ödənilib
20.04.2020 20:43 Cəmiyyət

Ölkədə 230 min şəxsə 190 manat ödənilib

Bu günə qədər Azərbaycanda 230 min şəxsə 190 manatlıq ödəniş həyata keçirilib.

"MediaPost" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev AzTV-nin “Hədəf” verilişində məlumat verib.

"Paralel olaraq ictimai iş yerləri də yaradılır. Bu gün həm 190 manatlıq ödəniş üçün, həm də ictimai iş yerlərinə "e-sosial.az" portalı vasitəsilə elektron formada müraciət etmək olar", - deyə o, qeyd edib.

Xəbərlər departamenti

Gündəm