Ölkəmizdə inşa edilən “Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərinə hazırlaşır
06.05.2021 22:38 Cəmiyyət

Ölkəmizdə inşa edilən “Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərinə hazırlaşır

Ölkəmizdə inşa edilən “Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək.

Bu barədə "MediaPost"a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Bildirilib ki, hazırda Bakı Limanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir. 

İlk səfərini Qazaxıstanın Kurık limanına edəcək gəmi vasitəsiylə 40 ağırtonnajlı avtomabil (TIR), 19 minik maşını və 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır.

Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması gözlənilir.

Xəbərlər şöbəsi

Gündəm