“Ölkəni cəhənnəmə çevirib hökuməti 3 gündə devirərik”
10.02.2020 13:21 Xarici siyasət

“Ölkəni cəhənnəmə çevirib hökuməti 3 gündə devirərik”

“MediaPost” xəbər verir ki, Sədrin köməkçisi Kazım İsəvi paytaxt Bağdadda mətbuata verdiyi açıqlamasında bildirib ki, yeni qurulacaq paralementdə partiyaya məxsus adları, xüsusilə də silahlı qrupların adlarından kimisə eşitsə, İraqı cəhənnəmə çevirəcək və mövcud hakimiyyəti 3 gündə devirəcək.

İraq prezidenti Bərham Salehi istefa verən Adil Əbdülmehdidən sonra hökumətin qurulması vəzifəsini fevralın 1-də müstəqil şiə siyasətçisi Məhəmməd Tofiq Ələviyə verib, ancaq xalq arasında ona etirazlar səngimir.

Belə ki, tələbə görə, Məhəmməd T.Ələvi bir ay ərzində hökuməti qurmalı və parlamentin etimadını qazanmalıdır.


Xəbərlər departamenti

Gündəm