Ölkəsindəki konstitusiyanı dəyişən, tarixi rekordlara imza atan Əmir Xan
01.11.2019 12:40 Fikirlər

Ölkəsindəki konstitusiyanı dəyişən, tarixi rekordlara imza atan Əmir Xan

Hindistan filmlərinin dünya kinematoqrafiyasında özünəməxsusluğu ilə seçilir. Ən əsası ölkəmizdə insanlar tərəfindən xeyli sevilir. Yeni nəsil tərəfindən bu filmlərə birmənalı münasibət olmasa da, əhalinin əksəriyyəti tərəfindən illərdir izlənildiyini deyə bilərik. Hələ də yerli telekanallarda hətta keçmiş dövrlərə aid olan ekran işləri nümayiş olunur.

Azərbaycanda sevilərək izlənilən filmlər arasında aktyor Əmir Xanın rol aldığı ekran əsərlərinin də adını çəkmək olar. Sənətçi 14 mart 1965-ci il Hindistanın Bombey şəhərdə müsəlman ailəsində dünyaya gəlib. Onun çəkildiyi filmlər ölkəsi daxilində kinematoqrafiya sahəsində böyük rekorda imza atıb. O, yalnız öz sahəsinin uğurları üçün deyil, həmçinin Hindistanda baş alan sosial cinayətlərin qarşısını almaq üçün əlindən gələni etməyi ilə tanınır. Bu yöndə aktyor həmçinin ölkəsinin konstitusiyasında dəyişikliyin edilməsinə nail olub.

Əmir Xan uğurlu karyerası boyunca, hind kinematoqrafiyası tarixində iz qoyan və populyar aktyor olub, həmçinin 4 beynəlxalq və 7 “Filmfare” mükafatı qazanıb. Bununla yanaşı, Hindistan hökuməti tərəfindən 2003-cü ildə “Padma Shri” və 2010-cu ildə “Padma Bhushan” mükafatları ilə təltif olunub.

Ölkəsindəki konstitusiyanı dəyişən, tarixi rekordlara imza atan Əmir Xan

Əmir Xan ilk dəfə sənədli filmdə rol aldıqdan sonra aşağı büdcəli Hinsdistan filmində çəkilir. Lakin onun yer aldığı ekran işi bir o qədər uğurlu hesab edilmir. Bundan sonra “Qiyamətin qiyaməti” filmi isə aktyora düşərli olur və populyarlıq qazanmağa başlayır. Onun bu sahədə müvəffəqiyyətini həm də film sahəsində çalışan ailədə dünyaya göz açması ilə əlaqəli saymaq olar. Valideynləri, elecə də qohumları kinematoqrafiya sektorunda fəaliyyət göstərib.

2001-ci ildə Əmir Xan öz adını daşıyan Aamir Khan Productions film şirkətini təsis edir. Şirkətin ilk ərsəyə gətirdiyi “Lagaand” ekran əsəri böyük uğur qazanıb. Bu film dünyanın 10 müxtəlif ölkəsindən mükafatlar alıb. BBC-nin ölməzdən əvvəl baxılmalı olan 50 ekran əsəri siyahısına daxil olub. Əmir Xanın çəkildiyi digər filmlər də dünya miqyasında böyük nailiyyətlər əldə edib.

Ölkəsindəki konstitusiyanı dəyişən, tarixi rekordlara imza atan Əmir Xan

2007-ci ildə rejissorluğunu və prodüserliyini etdiyi eyni zamanda özünün də çəkildiyi "Yerdəki ulduzlar” filmi dünyanın bir çox ölkəsində izlənib, böyük təqdirə layiq görülüb. 2008-ci ildə çəkildiyi "Ghajini" ekran işi Hindistanda o vaxta qədər ərsəyə gətirilən bütün filmlərin rekordunu alt üst edib (135.000.000.00 rp). 2009-cu ildə çəkildiyi "3 səfeh" filmi "Ghajini"nin rekordunu keçib (200.000.000.00 rp). Bu film dünyanın bir çox ölkəsində hətta universitetlərdə də izlənilib. Beləliklə, də Hindistanda 2 dəfə belə yüksək rekorda sahib yeganə aktyor Əmir Xan olub.
"Mükafat mərasimlərində gerçək aktyorluğa yox, filmin kassa gəlirlərinə əhəmiyyət verildiyini" söyləyən Ə.Xan heç bir mükafat mərasimində iştirak etməyidi bildirilir.

Kinematoqrafiyadakı işi ilə yanaşı, yardımsevərliyi ilə tanınan aktyor ölkəsində siyasi böhrana çevrilmiş müxtəlif sosial problemlərin həll olmasına çalışır. Bu məqsədlə televiziya proqramı hazırlayaraq sözügedən çatışmazlıqları aradan qaldırmağa çalışır. Bu proqramda ölkədə baş verən, amma çox insanın dilə gətirməyə cəsarət etmədiyi problemləri gün işığına çıxarıb. Uşaq istismarını, qız uşaqlarının hələ ana bətnindəykən götürülməsini böyük miqyasda aktuallaşdırıb. Bu və bir çox sahədə hüquqi prosesin başlanmasına və konstitusiyaya qanunların əlavə olunmasına nail olub.

Ölkəsindəki konstitusiyanı dəyişən, tarixi rekordlara imza atan Əmir Xan

Hindistanlı sənətçi Türkiyəyə səfərində “Kim milyonçu olmaq istəyər” proqramına qatılıb. Verilişdə 60 min türk lirəsi qazanan aktyor pulu Türkiyənin xeyriyyə qurumlarına bağışlayacağını bildirib.

Aktyor 1986-cı ildə Rina Duta adlı xanımla ailə qurub. Bu ailəsindən Cuneyd adında oğlu, İra adında qızı var. Lakin 2002 ci ildə cütlük ailə həyatına son qoyub. İkinci ailə həyatını isə 2005-ci ildə ssenarist və prodüser olan Kiran Rao ilə qurub. Bu ailəsindən də Azad adında bir oğlu var.

Maraq üçün bildirək ki, sənətçi dini baxışına görə, müsəlman mənsubiyyətlidir. 2012-ci ildə anasına verdiyi sözü tutaraq onunla birlikdə Həcc ziyarətinə gediblər.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm