Omanın yeni sultanı ilə BƏƏ vəliəhdinin görüntüləri dünya mediasında gündəm olub - VİDEO
13.01.2020 12:56 Xarici siyasət

Omanın yeni sultanı ilə BƏƏ vəliəhdinin görüntüləri dünya mediasında gündəm olub - VİDEO

“MediaPost”un verdiyi məlumata görə, Əl Səid sələfi Qabus bin Səid Əl Səudun xarici siyasətdə çəkdiyi yol ilə hərəkət edəcəklərini açıqlayıb.

Omanın yeni sultanı BƏƏ vəliəhti şeyx Məhəmməd Bin Zayed ilə keçirdiyi görüş sonrası paylaşılan görüntülər ərəb mediasını ikiyə bölüb.

Görüntülərdə Omanın yeni sultanı BƏƏ vəliəhdi şeyx Məhəmməd Bin Zayedin əlini sıxmağı əvvəlcə rədd edir, daha sonra razılıq verir.

Lakin səsləndirilən bəzi fikirlərə görə, Ərəb mədəniyyətində qonağı yola salacağın son ana qədər əlini sıxmamalısan, qonaq da evdən çıxarkən yolun yarısında "zəhmət çəkmə" mənasında ev sahibinin əlini sıxar.

Qeyd edək ki, sözügedən görüntüyə "2:30"cu saniyədən etibarən baxa bilərsiniz.

“MediaPost”



Xəbərlər departamenti

Gündəm