OMD xəstəxanasında körpədən telefonu alıb aparan şəxs tutulub
21.01.2020 07:46 Hadisə

OMD xəstəxanasında körpədən telefonu alıb aparan şəxs tutulub

“Report”un xəbərinə görə, hadisə yanvarın 19-da saat 19:30 radələrində, metronun “İnşaatçılar” stansiyasında qatarda qeydə alınıb.

Belə ki, naməlum şəxs paytaxt sakini N.Həmidovanın cibindən mobil telefonunu qeyri-aşkar şəraitdə oğurlayıb.

Daha sonra N.Həmidova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Bakı Metropolitenində Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elçin Məmmədov tutulub.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, E.Məmmədov həmin gün 14:30 radələrində metronun “28 May” stansiyasında 1982-ci il təvəllüdlü X.Abudovanın da mobil telefonunu oğurlayıb.

Bundan başqa, bir neçə gün əvvəl onun K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) 2 yaşlı uşağın əlində olan mobil telefonu da oğurladığı müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır, E.Məmmədovun digər əməlləri də istisna edilmir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm