“Şuşa, darıxma,  gəlirik!” - Xalq artisti burada yaşayırmış... - FOTOLAR
15.10.2020 15:58 Şou-biznes Qarabağ Azərbaycandır

“Şuşa, darıxma, gəlirik!” - Xalq artisti burada yaşayırmış... - FOTOLAR

Ötən gün Rusiyanın “TASS” agentliyi Xankəndindən sonra ermənilərin Şuşanı da boşaltdığını yazıblar.

“MediaPost” xəbər verir ki, xəbərlə birlikdə yayılan foto isə maraqla qarşılanıb.

Sözügedən fotonu Xalq artisti Firəngiz Mütəllimova paylaşaraq “Şuşadakı məhəlləmiz. İndi bizim evi də, məhəlləmizi də darmadağın edib vicdansızlar. Məhəlləmiz bizsiz darıxıb” sözlərini yazıb.

Sənəçinin bacısı Nərgiz Mütəllimova isə “Şuşadakı Ağacbulaq məhəlləmiz – üzbəüz qonşularımızın evləridir. O qədər daşların üstündə oturub söhbət etmişik. Şuşa, darıxma, gözlə gəlirik!”, - deyə fikirlərini ifadə edib.

Qeyd edək ki, şəkildə sağda görülən daş ev isə ilk tarın yaradıcısı Sadıqcana məxsusdur. Bu barədə onun kötücəsi məlumat verib.

Pərviz Hüseyn

Gündəm