Onlar Füzuliyə qayıdır!
17.10.2020 12:38 Qarabağ Azərbaycandır Şou-biznes

Onlar Füzuliyə qayıdır!

Bu gün Prezident İlham Əliyevin Füzuli şəhərinin işğaldan azad olunması barədə verdiyi xəbər sosial mediada sevinclə qarşılaşıb.

“MediaPost” xəbər verir ki, həmin bölgədən olan bir sıra məşhurlar bununla bağlı paylaşımlar ediblər:

Əməkdar artist Ədalət Şükürov:

“Mənim ana yurdum! Füzulilərin, qohumlarımın gözü aydın olsun! Allah bizə kömək olsun!”

Müğənni Manaf Ağayev:

“Şükürlər olsun bu günləri də gördük. Gözümüz aydın olsun. Bütün xalqımızı, yerlilərimi təbrik edirəm. Yaşasın Azərbaycan ordusu! Yaşasın Prezidentimiz! Yazmaqla hisslərimi ifadə edə bilmirəm. Sevincimin həddi-hüdudu yoxdur”.

Aparıcı Zümrüd Bədəlova:

“Anamı, xalalarımı, dayılarımı və bütün füzuliləri təbrik edirəm. Nənəmin, babamın, dayımın məzarı sevinclidir artıq... Uşaqlığımın keçdiyi o yerlərə yenə getmək həyəcanı ilə Yaşa Azərbaycan!”.

Müğənni Zamiq Hüseynov:

“Yaşasın Azərbaycan!”.

 

Müğənni Günay İbrahimli isə “MediaPost”a açıqlamasında fikirlərini belə dilə gətirib:

“Hamı məni təbrik edir, amma mən hələ Gəncə hadisəsinin təsirində qalmışam. Səhərədək yatmamışam. Qələbə qazanaq ki, şəhidlərimizin qanı yerdə qalmasın”.

Xəbərlər şöbəsi

Gündəm