Onlar yeni evlərlə təmin ediləcək - Prezidentin köməkçisi
13.11.2020 18:43 Cəmiyyət

Onlar yeni evlərlə təmin ediləcək - Prezidentin köməkçisi

“Bu zərərin ümumi qiymətləndirilməsi və ümumi nəticəyə gəlinəcək rəqəmlər də Xarici İşlər Nazirliyinin xətti ilə beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Çünki bu məqamların hər biri müharibə cinayətidir və Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü, hədəflənmiş şəkildə mülki Azərbaycan vətəndaşları və mülki obyektlərimiz alınıb”.

“MediaPost” xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət HacıyevErmənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə əlaqədar görülən işlərlə bağlı brifinqdə deyib.

“Bu sərəncam və ondan irəli gələn vəzifələr dövlətimizin və Ali Baş Komandanın Azərbaycan vətəndaşlarına, xüsusən də Ermənistanın hücumları nəticəsində zərərçəkmiş vətəndaşlarımıza olan  dövlət qayğısının növbəti təcəssümüdür”.

Bu hallar qiymətləndirildikdən sonra aidiyyəti dövlət qurumlarının xətti ilə vətəndaşlarımızın yeni evlərlə təmin olunması və həmçinin lazım olduğu təqdirdə evlərinin təmir olunması və digər tədbirlər həyata keçiriləcək” – H.Hacıyev bildirib.

Billurə Yunus

Gündəm