Onlayn Çin məhsulu sifariş edənlərə şad xəbər - AÇIQLAMA
05.02.2020 09:59 Fikirlər

Onlayn Çin məhsulu sifariş edənlərə şad xəbər - AÇIQLAMA

Çində meydana gələn və sürətlə dünyaya yayılan koronavirusla bağlı mövcud narahatlıqlardan biri də onlayn sifariş edilən məhsullarla bağlıdır. İnsanlar sosial şəbəkələrdə sifariş etdikləri Çin məhsullarının ölkəyə gətirilməsinə baxmayaraq təhvil götürməkdən çəkindiklərini yazırlar. Vətəndaşların çoxu sözügedən xəstəliyin əşyalar vasitəsilə insana yoluxmasından ehtiyat edirlər.

Mövzu barədə “MediaPost”a açıqlama verən həkim-infeksionist Vasif Əliyev virusun əşyalar üzərində bir neçə saat canlı qala biləcəyini deyib:

“Virus bir əşya üzərində saatlarla qala bilər. Yəni bir gün ərzində sifarişin gətirilməsi mümkün olmadığı üçün insanların da virusa yoluxma ehtimalı yoxdur. Bu baxımdan narahat olmağa dəyməz. Çünki virus əşyalar üzərində uzun müddət canlı qala bilmir. Hətta xəstə bir insanın sifariş edilən əşya ilə təması olsa belə, məhsullar uzun müddət sonra gəldiyi üçün insanlara virus keçməz”.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm