OPEC-dən Azərbaycanda neft hasilatı - PROQNOZU
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün Azərbaycanda orta gündəlik neft və maye karbohidrogen hasilatının 730 min barel olacağını proqnozlaşdırır.
“MediaPost” OPEC-in hesabatına istinadən bildirir ki, bu isə əvvəlki proqnozdan 10 min barel artıqdır.
Qeyd edək ki, OPEC-in hesabatına görə, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 730 min barel təşkil edib. Bu isə 2019-cu ildən 60 min barel/gün azdır.