Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq
09.01.2020 13:53 Gündəm

Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

“MediaPost”un xəbərinə görə, bu barədə O.Gülalıyevin oğlu Alı Gülalıyev sosial şəbəkədə məlumat yayıb.

Onu sözlərinə görə, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər: “Nəticəsinə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb.

Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.

Xəbərlər departamenti

Gündəm