"Oskar" alan Bred Pitt Trampa söz atdı - FOTO
10.02.2020 08:13 Mədəniyyət

"Oskar" alan Bred Pitt Trampa söz atdı - FOTO

“Mediapost”unxəbərinə görə, B.Pitt ən yaxşı kişi aktyor nominasiyasında qalib olub. O, təşəkkür nitqində ABŞ Prezidenti Donald Trampa söz atıb.

“Çıxış etməyim üçün 45 saniyə vaxtım var. Senatın Con Boltona verdiyi vaxtdan daha çoxdur” - Pitt bildirib.

Xatırladaq ki, Con Bolton Trampın təhlükəsizlik üzrə müşaviri olub. O, yazdığı kitabdakı bəzi məqamlarla Trampın impiçment məsələsini başladıb. Demokratlar Boltonun Senatda dindirilməyə çağırılmasını tələb etsə də, bu, baş tutmayıb.

Dünya mediası bu çıxışı ABŞ liderinə atmaca kimi qiymətləndirib. Belə ki, aktyor bu çıxışı ilə Con Boltonun Trampın əleyhinə danışa bilməməsinə və söz verilməməsinə diqqət çəkib.

Xəbərlər departamenti

Gündəm