Ötən ay Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfədən çox artırıb
29.04.2021 10:32 Maliyyə

Ötən ay Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfədən çox artırıb

Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 31,4 mln ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.

"MediaPost" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayında bildirilir.

Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 18,5 mln ABŞ dolları və ya 2,4 dəfə çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 68,6 mln ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 25,8 mln ABŞ dolları və ya 60,3 % çoxdur.

Xəbərlər departamenti

Gündəm