Ötən gün 21 nəfər saxlanılıb
31.12.2019 09:33 Kriminal

Ötən gün 21 nəfər saxlanılıb

DİN-in Mətbuat Xidmətindən "MediaPost"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 14 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Xəbərlər departamenti

Gündəm