Ötən gün körpüdən aşan TIR-da ölənlər Masallı sakinləri olub (FOTO)
23.11.2019 08:05 Gündəm

Ötən gün körpüdən aşan TIR-da ölənlər Masallı sakinləri olub (FOTO)

Ötən gün Bakıda ağır qəzaya uğrayan yük maşını və onun içində olan şəxslərin fotoları yayılıb.

Trend-in məlumatına görə, Xocahəsən qəsəbəsi "Meyvəli bazar"ın yaxınlığında körpüdən düşərək qəzaya uğrayan yük maşınının içində sürücü və bir sərnişin olub.

Onlar Masallı rayon sakinləri Yusifli Xəzər İnqlab oğlu və Əzim Məmmədovdur. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xatırladaq ki, yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb. Qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlanıb.

Mediapost.az

Ötən gün körpüdən aşan TIR-da ölənlər Masallı sakinləri olub (FOTO)

Xəbərlər departamenti

Gündəm