Ötən il DGK-nın xətti ilə büdcə daxilolmaları 28% artıb
13.01.2020 07:54 İqtisadiyyat

Ötən il DGK-nın xətti ilə büdcə daxilolmaları 28% artıb

"MediaPost" Komitəyə istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 974,563 milyon manat və yaxud 28,4% çoxdur.

Ötən il ərzində gömrük rüsumları üzrə daxilolmalar 226,328 milyon manat və yaxud 25,6% artaraq 1 109,479 milyon manat təşkil edib. Bundan başqa, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 663,298 milyon manat və yaxud 28,3% artaraq 3 004,082 milyon manat, aksizlər üzrə daxilolmalar 79,668 milyon manat və yaxud 47% artaraq 249,633 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 5,27 milyon manat və yaxud 13,1% artaraq 45,432 milyon manat olub.

Xəbərlər departamenti

Gündəm