Ötən il inflyasiya 2,8% olub
2020-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu illə müqayisədə 102,8% təşkil edib.
“MediaPost” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2019-cu ildə inflyasiya 2,6%-ə bərabər olub.