Ötən il üçün büdcə gəlirləri və xərcləri açıqlandı - RƏQƏMLƏR
13.01.2021 11:38 Maliyyə

Ötən il üçün büdcə gəlirləri və xərcləri açıqlandı - RƏQƏMLƏR

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 673,1 mln. manat təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 1,9% çoxdur.

"MediaPost" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət büdcəsinin xərcləri isə 26 417,1 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,2% çoxdur.

Beləliklə, ölkənin dövlət büdcəsinin kəsiri 1 744 mln. manat və ya ÜDM-in 2,4%-ni təşkil edib.

Könül Vəliyeva

Gündəm