Ötən gün karantin rejimini pozan 1251 hərəkət iştirakçısı cərimələnib
25.04.2020 08:00 Hadisə

Ötən gün karantin rejimini pozan 1251 hərəkət iştirakçısı cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsindən "MediaPost"a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 24.04.2020-ci il saat 00:00-dan 25.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1251 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Xəbərlər departamenti

Gündəm