Özəl ekspertlərə cinayət işləri ilə əlaqədar səlahiyyət verilməməsinə aydınlıq gətirilib
19.11.2019 11:26 Gündəm

Özəl ekspertlərə cinayət işləri ilə əlaqədar səlahiyyət verilməməsinə aydınlıq gətirilib

“Bəzi millət vəkilləri ya məhkəmə-hüquq islahatlara dair paketi oxumayıb, ya da oxuyubsa, başa düşməyib”.

Mediapost.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilər: “Bu da nəticədə müəyyən narazılıqlara səbəb olur. İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmənin qarşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsif olunsun. Yəni burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni insanlar incidilməsin, ədalət mühakiməsi yüksək səviyyədə təmin olunsun”.

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağlı məsələyə də toxunub: “Gəlin bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Tutaq ki, narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Dövlət ekspertizasında elə avadanlıqlar, imkanlar var ki, bu özəl ekspertlərdə də var. Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq ki, hansı qərarı versin. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunu alqışlamaq və səs vermək lazımdır”.


Mediapost.az

Xəbərlər departamenti

Gündəm