Özəl telekanallar növbədənkənar seçkilərlə bağlı təşviqatda iştirak etməyəcək
09.01.2020 13:27 Daxili siyasət

Özəl telekanallar növbədənkənar seçkilərlə bağlı təşviqatda iştirak etməyəcək

"MediaPost"un Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və 1 televiziya müraciət edərək qeydiyyatdan keçib.

Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək.

İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır.

İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır.

Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir.

Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.

Xəbərlər departamenti

Gündəm