“Özümü qoruyuram ki, dəlixanaya düşməyim”- Elza Seyidcahan
ARB TV-nin “Hüseynova bacıları” verilişində mövsümün ilk qonağı Əməkdar artist Elza Seyidcahan olub.
“MediaPost” xəbər verir ki, o, sevgi hisslərindən söz açıb:
“Başdan-ayağa dəlicəsinə sevirəm. Özümü dəli sevgidən qoruyuram ki, dəlixanaya düşməyim. Bilirəm ki, sevgi əndazəsini aşanda, o insanı uçuruma aparır. İyrənməmək üçün yetəcək qədər sevməlisən. Çünki sevgidən nifrətə bir addımdır. Həyatda çox qısqancam. Hisslərə qapılmıram, ağlımı seçirəm”.