Pakistan səfirliyi: Ermənistana qarşı mövqeyimizdə dəyişiklik yoxdur
14.01.2020 15:38 Siyasət

Pakistan səfirliyi: Ermənistana qarşı mövqeyimizdə dəyişiklik yoxdur

"MediaPost"un xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilib.

“2020-ci il yanvarın 10-da Azərbaycan yerli xəbər saytında Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmasını nəzərdən keçirdiyini iddia edən xəbər dərc olunub. Səfirlik Pakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı mövqeyində dəyişiklik olmadığını bəyan edir və əsassız olduğu üçün bu xəbəri təkzib edir”, - deyə açıqlamada qeyd olunub.

Xəbərlər departamenti

Gündəm