Pakistanda ağır qəza: Çox sayda ölən var
Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"MediaPost" xəbər verir ki, Hayber Pahtunhva əyalətində üç təkərli "çinçi" adı verilən avtobus kanala düşüb. Qəza nəticəsində aralarında uşaqların da olduğu 20 nəfər həyatını itirib, 3 nəfər xilas edilib.
Bildirilib ki, itkin düşən 4 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam edir.
Faktla bağlı cinayət işi açılıb.