Pakistanda daha 671 nəfər koronavirusa yoluxdu
06.08.2020 08:15 Gündəm Dünya

Pakistanda daha 671 nəfər koronavirusa yoluxdu

Son sutka ərzində Pakistanda daha 671 nəfər COVID-19-a yoluxub və bununla da, ölkədə yoluxanların sayı 281 min 136-ya çatıb.

“MediaPost” Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada 15 xəstə ölüb. Ümumiyyətlə, ötən müddət ərzində ölkədə bu virusdan dünyasını dəyişənlərin sayı 6 mini ötüb.

Xəstəxanalarda 25 min 65 adam müalicə alır ki, onlardan da 872-nin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbərlər şöbəsi

Gündəm