Panamada "şeytan çıxartma" ayinində qətliam törədilib
17.01.2020 13:26

Panamada "şeytan çıxartma" ayinində qətliam törədilib

Hamilə qadınla birgə onun beş uşağı və 17 yaşında qonşularının "şeytan çıxartma" mərasimi zamanı öldürüldüyü bildirilir.

"MediaPost" xəbər verir ki, Panamanın Baş prokurorluğu 15 nəfərin yaralı olaraq qurtarıldığı hadisə ilə bağlı aralarında öldürülən qadının atasının da olduğu 10 nəfəri həbs edib. Həyatını itirənlər arasında bir yaşlı uşağın olduğu qeyd edilir.

Prokuror Rafael Baloyes cəsədlərin dini ayinin icra edildiyi ərazidən iki kilometr uzaqda tapıldığını açıqlayıb.

Polis şənbə günündən bu yana davam edən dini ayindən qaçan şəxslərin şikayətindən sonra hadisə barədə xəbər tutub. Kilsədə balta, bıçaq, dəyənəklə yanaşı, qurban edilmiş keçi meyiti də tapılıb.

Dəyənək və "İncil"lə döyülən qurbanların balta və bıçaqla öldürüldükləri bildirilib.

Təqsirləndirilənlər Tanrından onlara xəbər gəldiyini iddia edərək qətliam etdiklərini söyləyiblər.

Məlumat üçün bildiriə ki, hadisənin yaşandığı "Ngabe-Bugle" bölgəsi ölkənin ən yoxsul və təhsil səviyyəsinin çox aşağı olduğu ərazilərindən biridir.

Xəbərlər departamenti

Gündəm