Pandemiya dövründə oğluna toy edən türkiyəli deputat cəzalandırıldı - VİDEO
22.09.2020 23:10 Dünya

Pandemiya dövründə oğluna toy edən türkiyəli deputat cəzalandırıldı - VİDEO

AKP-nin Kocaelidən olan millət vəkili Cəmil Yaman cəzalandırılıb.

Buna səbəb türkiyəli deputatın Koronavirus pandemiyası dövründə karantin qaydalarını pozaraq oğluna toy etməsidir.  

“MediaPost” Türkiyə mediasına istinadən xəbər verir ki, 1500 nəfər qonaqla toy edən deputat, eyni zamanda 1 saatlıq limiti keçib və məclisdə yemək verib.

Bu səbəbdən də Cəmil Yaman 6 min 360 lirə cərimələnib.

Toyun təşkilinə görə Karayolları müdirliyinə də 6 min 360 lirə cərimə kəsilib. Qida tədarükü edən şirkətə 3 min 180 lirə pul cəzası verilib.

Məlumat üçün bildirək ki, toy 2 həftə əvvəl baş tutub.

 

Xəbərlər departamenti

Gündəm