"Pandemiya fövqəladə vəziyyətdən kənara çıxıb" - ÜST
09.11.2020 16:27 Dünya

"Pandemiya fövqəladə vəziyyətdən kənara çıxıb" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirus pandemiyasının yayılması ilə əlaqədar vəziyyətin pisləşdiyini söyləyib.

"MediaPost" xəbər verir ki, o bu barədə 73-cü Dünya Səhiyyə Assambleyasındakı çıxışında bildirib.

"Biz insanları təcili yardım vəziyyətində qorumağa borcluyuq, ancaq COVID-19 pandemiyası fövqəladə vəziyyətdən kənara çıxıb", - deyə Qebreyesus qeyd edib.

Təşkilat rəhbəri pandemiyanın digər yoluxucu xəstəliklərlə mübarizəyə mənfi təsir etdiyini vurğulayıb.

Anara Mikail

Gündəm