Pandemiyadan sonra həkimlər mükafatlandırılacaq
08.08.2020 09:48 Gündəm Cəmiyyət

Pandemiyadan sonra həkimlər mükafatlandırılacaq

"Təbii ki, hələ müharibə (pandemiya-red.) bitməyib. Gəlin, müharibəni başa çatdıraq, ondan sonra baxaq ki, hansı formada kimə mükafatlar və təltiflər düşür".

"MediaPost" xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib. 

O, pandemiyadan dünyasını dəyişmiş həkimlərə hansısa status və mükafatların təyin olunması ilə bağlı sualları cavablandırıb: “Təbii ki, bu olacaq. Amma burada ictimaiyyəti də fəal iştirak etməyə çağırıram. İstedadlı gənclərimiz yaxşı olardı ki, öz bacarıqlarını buna yönəltsinlər və həkimlərimiz haqqında gözəl videoçarxlar hazırlasınlar”.

Billurə Yunus / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm