Papa Fransisə COVID-19 vaksini tətbiq edilib
Katoliklərin ruhani lideri Papa Fransisə koronavirusa qarşı hazırlanan vaksin tətbiq edilib.
"MediaPost" xəbər verir ki, bu barədə Vatikan mətbuat katibi Mety Bruni jurnalistlərə açıqlamasında bildirib.
"Vatikan tərəfindən başladılan vaksinasiya proqramı çərçivəsində Papa Fransisə vaksinin ilk dozasının vurulduğunu təsdiqləyə bilərəm", - deyə Bruni qeyd edib.
Məlumat üçün bildirək ki, Vatikanda COVID-19 vaksinasiyası ötən gün başlayıb.