Parisdə 28 May - Müstəqillik Günü qeyd edilib
Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın dövlət bayramı 28 may - Müstəqillik Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən rəsmi qəbul təşkil edilib.
MediaPost xəbər verir ki, tədbirdə yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Fransanın Dövlət himnləri səsləndirilib. Azərbaycanın Fransadakı səfirliyi Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, həyata keçirdiyi islahatlar haqqında qonaqlara ətraflı məlumat verib.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin milliyyətindən, sinfindən, cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüququ təmin etdiyini, ilk dəfə qadınlara seçki hüququ verdiyini, qadın-kişi bərabərliyini təmin etdiyini xüsusi qeyd edib.