Parisdə yeni məhdudiyyətlər tətbiq ediləcək
05.11.2020 17:05 Dünya

Parisdə yeni məhdudiyyətlər tətbiq ediləcək

Fransada koronavirus pandemiyasına yoluxanların sayının artması səbəbilə yeni məhdudiyyətlər tətbiq ediləcək.

"MediaPost" "reuters"ə istinadən xəbər verir ki, bu barədə Paris meri Anna Hidalgo "BFM" TV-yə verdiyi müsahibədə bildirib. O, açıqlamasında qida və içki satan mağazaların axşam saat 22:00-da bağlanacağını qeyd edib. 

Bununla yanaşı, hökumət səhiyyə sektorundakı fövqəladə vəziyyəti 2021-ci ilin 16 fevral tarixinədək uzadıb.

Məlumat üçün bildirək ki, Fransada COVID-19 nəticəsində 38.674 nəfər ölüb, 1,543,321 nəfər virusa yoluxub.

Anara Mikail

Gündəm