Paşinyan: "Bu qərarı ordunun israrından sonra verdim"
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin silahlı qüvvələrinin müvafiq tövsiyəsindən sonra Dağlıq Qarabağdakı hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşma imzaladığını söyləyib.
"MediaPost" xəbər verir ki, o bu barədə "Facebook" hesabında xalqa müraciətində bildirib.
"Bu qərarı ordunun israrından sonra verdim. Ordu "dayanmaq lazımdır" deyəndə, vəziyyəti təsəvvür edə bilirsiniz?", - deyə o, qeyd edib.
Paşinyan hərbi əməliyyatlara davam etmək üçün ehtiyat qüvvələrin səfərbərliyi ilə bağlı problem olduğunu vurğulayıb: "Səfərbərlik sistemi ilə bağlı problem var idi. Təcrübə göstərdi ki, mülki vətəndaşlar hərbi əməliyyatlara cəlb olunmaq üçün tam hazır deyil və döyüş effektivliyini tez itirir".