Paşinyan ölkəsində internetin məhdudlaşdırılması ilə bağlı qərar verib
12.11.2020 11:12 Dünya

Paşinyan ölkəsində internetin məhdudlaşdırılması ilə bağlı qərar verib

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə internet və mobil şəbəkəyə məhdudiyyət tətbiq edilməsi üçün təlimat verib.

"MediaPost" "168.am"a istinadən xəbər verir ki, bu barədə müxalifət nümayəndələri "Daşnaksütyun" partiyasının ofisində keçirilən mətbuat konfransında bildirib.

Açıqlamada Paşinyanın bu yolla insanların qəzəbini azalda biləcəyini düşündüyü vurğulanıb. 

Qeyd edilib ki, internet və telefon rabitəsinin ən qısa müddətdə söndürülməsini tələb edən telekom operatorları ilə danışıqlar aparılır.

Anara Mikail

Gündəm