Paşinyanın arvadı və qızları Moskvada mənzil axtarışına çıxdılar
14.01.2021 21:33 Dünya

Paşinyanın arvadı və qızları Moskvada mənzil axtarışına çıxdılar

"Mediaport" teleqram kanalı Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın iki qızı və mühafizə xidmətinin çoxsaylı əməkdaşlarının müşayiəti ilə Moskva aeroportundan çıxmasına dair videomaterial yayıb.

Bu barədə "MediaPost" “News.am”a istinadən xəbər verir.

Daha əvvəl mənbə bildirib ki, Paşinyan ailəsinin üzvləri Rusiya vətəndaşlığını almaq üçün gizli şəkildə Moskvaya gəliblər.

Moskvadakı mənbə “News.am”a bildirib ki, baş nazirin ailəsi Rusiya paytaxtına mənzil axtarışları üçün gəlib.

Xəbərlər şöbəsi

Gündəm