Paşinyanın hakimiyyətdən getməsi, razılaşmanı dəyişməyəcək - XİN
11.11.2020 15:10 Siyasət

Paşinyanın hakimiyyətdən getməsi, razılaşmanı dəyişməyəcək - XİN

Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyənin Demirören Xəbər Agentliyinə (DHA) müsahibə verib.

“MediaPost” xəbər verir ki, o, imzalanan üçtərəfli bəyanat barədə danışıb:

“Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətdən getsə belə, razılaşmada dəyişiklik olmayacaq. Razılaşmaya görə, Ermənistan ordusu 20 gün ərzində işğal olunmuş ərazilərdən çəkiləcək. Türkiyə və Rusiya bölgədə sülhməramlı missiyasını yerinə yetirəcək”, - deyə sözcü qeyd edib.

Anara Mikail

Gündəm