Payızın qeyri-sabit hava şəraiti necə olur?
21.11.2023 15:30 Sosial

Payızın qeyri-sabit hava şəraiti necə olur?

Ölkəmizdə hazırda noyabr ayı üçün müşahidə edilən hava şəraitinin bəzən qeyri-sabit olacağı barədə xəbərdarlıqlar edilir. Bəs payız fəsli üçün normal hava necə olmalıdır?

Mövzu ilə əlaqədar hidrometeoroloq Cavid Hüseynov “MediaPost”a bildirib ki, hava şəraitinin sabit və qeyri-sabit olması hava kütlələrinin termodinamikasının əsasını təşkil edən temperatur və rütubət rejiminin dəyişkənliyindən, dayanıqlı və dayanıqsızlığından, siklon və antisiklonların fəaliyyəti ilə əlaqədar olan meteoşəraitdən asılıdır:

alt text

“Qeyri-sabit hava şəraiti dedikdə biz əlverişsiz, dayanıqsız, təhlükəli atmosfer hadisələri ilə, yəni güclü külək, qasırğa, ildırım, dolu, leysan, yağış, qar və s. hadisələrlə müşayiət olunan yağıntılı hava şəraitini nəzərdə tuturuq. Hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ölkəmizin ərazisindən keçən soyuq atmosfer cəbhəsinin yaratdığı yağıntılı və əvvəlki günlərlə müqayisədə nisbətən soyuq hava şəraiti ilə əlaqədardır. Payız fəsli üçün xarakterik olan qeyri-sabit hava şəraitinin müşahidə edilən meteoroloji kəmiyyət göstəriciləri iqlim normasına yaxındır və heç bir anomaliya qeydə alınmır”.

Sevinc İbrahimzadə

Gündəm